Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6780

Digər sorğular

Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA

20:43  |    06 Mart 2020  |   E-mail  |  Çapa göndər

2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib.

Onların da 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

İlkin məlumatlara əsasən, Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır.

Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Qeyd olunub ki, ölkədə elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir.

“Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır”, - deyə məlumatda bildirilib.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir.

Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb
29.03.2020
Koronavirusla bağlı əhaliyə rəsmi müraciət: Əgər pozitiv çıxsa...
28.03.2020
Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT: “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək”
27.03.2020
Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq