Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6780

Digər sorğular

Oqtay Gülalıyevdən xəbər var - Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər

10:29  |    05 Mart 2020  |   E-mail  |  Çapa göndər


Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində xeyli irəliləyiş var.

Bu barədə Modern.az-a onun oğlu Təbriz Gülalıyev məlumat verib.

Dediyinə görə, Oqtay Gülalıyevin oyanıqlığı, həkimlərin refleks yoxlamalarına reaksiya verməsi çoxalıb:

“Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir.

İrəlləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa, kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir.

Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər. Ümidlə gözləyirik”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb
29.03.2020
Koronavirusla bağlı əhaliyə rəsmi müraciət: Əgər pozitiv çıxsa...
28.03.2020
Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT: “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək”
27.03.2020
Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq