Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

İranlı nazir Rza Rəhmani də koronovirusa yaxalandı - VİDEO

14:25  |    04 Mart 2020  |   E-mail  |  Çapa göndər


İranın sənaye naziri Rza Rəhmanidə koronavirus aşkarlanıb.

“Report” “Asr-e Iran”a istinadən xəbər verir ki, nazir hazırda xəstəxanadadır.

Məlumata görə, onun vəziyyəti yaxşı qiymətləndirilib.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 191-ə çatıb. Bunların 51 002 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq
04.04.2020
İranda koronavirusdan rekord sayda ölüm qeydə alındı
04.04.2020
ABŞ-da 5 körpədə koronavirus aşkarlandı
04.04.2020
Hicaba savaş açanlar indi şal, şərf və hicab taxmağı məsləhət görür - Tərsinə dönüş
04.04.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 770-ə çatdı