Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Düşmən sərhədçilərimizlə döyüşdə silah-sursatını atıb qaçdı - FOTO

15:54  |    02 Mart 2020  |   E-mail  |  Çapa göndər


Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

Qaziler.az bildirir ki, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun mətbuat mərkəzlərindən verilən birgə məlumatda qeyd olunur ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərə­fin­dən müxtəlif isti­qa­mət­lərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkil­də davamlı olaraq pozulması halları intensivləşib.

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyem­beryan rayonunun Koti kəndi yaxınlığında yer­lə­şən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən ge­ri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumba­raatan və digər iri­çaplı silahların tətbiqi ilə baş ve­rən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəman­casına şəhid olub. Azərbaycanın beynəl­xalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sər­­həd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cina­yətin məsuliyyəti Er­mənis­tan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxın­lığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK mar­kalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi baş­lanılaraq prosessual hərə­kət­lər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluq­çularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunmuş və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd­çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltif­lən­dirilmişlər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhd­lər za­manı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvə­lərinin böl­mə­ləri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. 01 mart tarixində DSX-nin Sərhəd Qoşunlarının “Qa­zax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quş­çu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqə­lə­ri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmə­nin döyüş mövqeləri susdurulub.

Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməl­lərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxs­lə­rin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Baş Prokurorluqdan 35 yaşlı kişinin özünü yandırması ilə bağlı AÇIQLAMA
02.06.2020
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
02.06.2020
Qərb bölgəsinə dolu düşüb
02.06.2020
Bu şəxslər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri olacaq - SİYAHI
02.06.2020
Prezident uşaqlarla bağlı strategiyanı təsdiqlədi - SƏRƏNCAM