Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Kürdəmirdə ağır yol qəzası baş verdi, ölənlər və yaralananlar var - VİDEO

22:58  |    01 Mart 2020  |   E-mail  |  Çapa göndər


Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb.

Qəza nəticəsində Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib.

***20:20

Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
Gürcüstanda koronavirusdan İLK ÖLÜM - Azərbaycanlıdır...
04.04.2020
Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı
01.04.2020
Erməni təxribatı: Qazaxın 2 kəndi və sakinləri atəşə tutuldu
01.04.2020
Bakıda 2 qardaş bədbəxt hadisənin qurbanı oldu
31.03.2020
Türkiyə-İran qaz boru xəttində partlayış olub - VİDEO