Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Bu gecə El-Klasiko olacaq

12:47  |    01 Mart 2020  |   E-mail  |  Çapa göndər


Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

Report-un məlumatına görə, "Santyaqo Bernabeu" stadionundakı XXVI tur qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

25 oyundan sonra "Barselona" 55 xalla liderdir, "Real Madrid" isə 53 xalla 2-ci yerdə gedir. Kataloniya komandasına liderliyini qoruması baxımından heç-heçə də kifayət edir. "Kral klubu" isə İspaniya Kubokunda mübarizəni dayandırması və Çempionlar Liqası ilə vidalaşmağa yaxın olduğunu nəzərə alaraq ("Real Madrid" 1/8 final mərhələsinin ilk görüşündə "Mançester Siti"yə evdə 1:2 hesabı ilə uduzub), yalnız çempionluq titulu üçün şanslarını qoruyur. "El-Klasiko"dan qalib ayrılacağı təqdirdə, Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv hədəfinə doğru ciddi addım atacaq.

"Real Madrid"in heyətində Eden Azar və Marko Asensio zədəlidir, Luka Yoviç iştirak ərizəsinə salınmayıb. Rodriqo əvəzedicilərin oyununda qırmızı vərəqə aldığı üçün əsas komandanın da matçını buraxacaq. "Barselona"dan Usman Dembele, Luis Suares və Serxi Roberto zədə üzündən oynamayacaq. Xordi Alba iştirak ərizəsinə daxil edilsə də, hələ 100 faiz hazırlıqlı deyil.

Qeyd edək ki, görüşü tanınmış FIFA referisi Antonio Migel Mateu Laos idarə edəcək. Bu komandalar arasında ilk dövrənin qarşılaşması qolsuz yekunlaşıb.

İspaniya çempionatı, XXVI tur

2 mart

24:00. "Real Madrid" - "Barselona"

Baş hakim: Antonio Migel Mateu Laos

Madrid, "Santyaqo Bernabeu" stadionu
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
İlin ən yaxşı stadionları açıqlandı - SİYAHI
31.03.2020
Teymur Rəcəbov və Rauf Məmmədov erməni şahmatçıya başsağlığı veriblər
30.03.2020
Qurban Qurbanov “dünyanın ən yaxşıları”nın siyahısında...
28.03.2020
Koronaya yoluxan futbolçu: Nəfəs almaqda çətinlik çəkirdim
23.03.2020
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı