Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Azərbaycanda koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi

22:51  |    28 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanda koronavirus aşkar olunmuş şəxsin hansı xəstəxanada müalicə edildiyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, 23 yaşlı Rusiya vətəndaşı Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan "Report"a verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksuna yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Rayonlara getmək istəyənlərin diqqətinə - VİDEO
03.06.2020
Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - SİYAHI
03.06.2020
Azərbaycanda məmur 5 il qadının pensiyasını "yedi" - 83 min manat
03.06.2020
İlham Əliyev Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN imzaladı
03.06.2020
Karantində yazılan cərimələri ödəməyənlər həbs ediləcək