Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Çindən gətirilmiş bu məhsul məhv edildi — FOTOLAR

21:44  |    28 Fevral 2020  |   E-mail  |  Çapa göndər

AQTA istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, “Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edilib.

Daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər. Analizin nəticələrinə görə məhsulun tərkibində salmonella aşkarlanıb.

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 1 500 kq olan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusu Sumqayıt Təhlükəli Tullantılar poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Baş Prokurorluqdan 35 yaşlı kişinin özünü yandırması ilə bağlı AÇIQLAMA
02.06.2020
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
02.06.2020
Qərb bölgəsinə dolu düşüb
02.06.2020
Bu şəxslər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri olacaq - SİYAHI
02.06.2020
Prezident uşaqlarla bağlı strategiyanı təsdiqlədi - SƏRƏNCAM