Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

17:36  |    28 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Qazilər.az-ın məlumatına görə, sərəncamda deyilir:

2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.

Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.

Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2020
Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı - RƏSMİ
13.03.2020
Prezident Aqiyə Naxçıvanlını təltif etdi - SƏRƏNCAM
02.03.2020
Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
28.02.2020
Azərbaycan Misirə başsağlığı verdi
25.02.2020
İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək