Rusiya və Türkiyə prezidentləri telefon əlaqəsi saxlayaraq İdlibdəki razılaşmaların hansı formada həyata keçiriləcəyini müzakirə edib.

“Putin və Ərdoğan arasındakı İdlib mövzusu ilə bağlı razılaşmalara sadiqik. Terrorçularla müxalif qüvvələrin bir-birindən ayrılması ümumi məqsədimiz sayılmalıdır. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas prioritetimiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir”, – Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, dünənki koordinasiya məlumatları Suriya ordusuna ötürülmüşdü:
“Vurulan türk qoşunları haqqında məlumat yox idi. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq üçün bölgədə fəaliyyət göstərən türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik.
Rusiya və Türkiyə nümayəndə heyəti görüşlərini bu gün də davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdliblə bağlı koordinasiya yaratmaq üçün danışıqlara hazırıq”.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər
08.03.2021 |
Qadınlar pandemiyadan daha çox zərər görüb |
08.03.2021 |
İspaniyada qadınlar feministləri döydü - VİDEO |
08.03.2021 |
Bütün dünyaya şad xəbər - Pandemiya bu tarixdə bitəcək |
08.03.2021 |
Generalın şəhid olduğu qəzanın səbəbi AÇIQLANDI |
08.03.2021 |
Roma Papasından qadınlarla bağlı ÇAĞIRIŞ |