Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6992

Digər sorğular

Adı qumarda hallanan Vüsalə: "İyrənc yolla milyonlar qazanmışam"

17:58  |    27 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Aparıcı Vüsalə Əlizadə mediada onun haqda qumardan külli miqdarda pul qazanması və insanları buna təşviq etməsi barədə çıxan reklam materialları barədə sərt fikirlər bildirib.

Aparıcı həmin media orqanlarını məhkəməyə verəcəyini qeyd edib: "İki gündür bu iyrənc xəbəri məndən soruşan dost-tanış, qohum-qonşu, həmkarlarım məni şok etdilər. Mənim bu işdən xəbərim yoxdur. Qazanacağım pul reklam müqabilində olsa belə, bu iyrənc yola əl atmaram, bunu kim edib hələ bilmirəm. Amma vəkilimin şikayəti ilə polis orqanları bu işə artıq nəzarət edir.

Bunu edən qürursuz bilir ki, Vüsalə Əlizadə Azərbaycan məşhurları arasında hörmətli və insanların güvəndiyi, etimad etdiyi və hər xəbərinə maraq göstərilən insanlardandır. Elə ona görə də bu rəzilliyi edib, adımla insanları aldadır ki, guya mən bu qumarabənzər iyrənc yolla milyonlar qazanmışam. Hələ insanlara da məsləhət görürəm. Qəzet və sayt rəhbərliyi bu rəzillikdən necə xəbərsizdir? Hakkersən nə zibilsən, səni tapıb üzünə tüpürəcəyəm, gözlə. İnsanları aldatmaq, başqasına böhtan atıb adından sui-istifadə edərək pul mənimsəmək nə ilə nəticələnəcək görəcəksən. Xahiş edirəm, bu iyrənc oyunlara inanmayın. Mənə bu işin heç bir aidiyyəti yoxdur”.

Aparıcı daha sonra bu sözləri əlavə edib: "Sən demə, bəxtəvər olmuşuq, bir qoyub min götürürük. Allah bəlasını versin. O buz kimi studiyalarda, dözülməz işıqların altında xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm. Axtarışdadır az qalıb”.

Sia.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq
04.08.2020
Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTOLAR
04.08.2020
DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
04.08.2020
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı
04.08.2020
Qeyri-sabit hava şəraiti sabah da davam edəcək