Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı qayda təsdiqlənib

16:57  |    27 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Qaziler.az xəbər verir ki, fərmana əsasən, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” təsdiq edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, habelə yerli icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçota alınması məqsədilə onlar haqqında məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edəcək səlahiyyətli şəxsləri müəyyən edib, onların elektron imza ilə təmin olunmasını bir ay müddətində təşkil etməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Rayonlara getmək istəyənlərin diqqətinə - VİDEO
03.06.2020
Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - SİYAHI
03.06.2020
Azərbaycanda məmur 5 il qadının pensiyasını "yedi" - 83 min manat
03.06.2020
İlham Əliyev Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN imzaladı
03.06.2020
Karantində yazılan cərimələri ödəməyənlər həbs ediləcək