Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb

11:03  |    26 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-in bəyanatında bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə edilən hücum nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalaraq öz torpaqlarında məcburi köçkün kimi yaşayırlar: “Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Xocalı qətliamını və uzun illərdir davam edən işğalı şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısına dərindən şərikik. Bu qətliamda həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına başsağlığı veririk”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi
09.04.2020
Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
09.04.2020
Deputat: "Bir çıxışla sosial şəbəkələri partlada bilərəm"
06.04.2020
Yunanıstandakı azərbaycanlılar arasında koronavirusa yoluxan varmı? - Səfirdən cavab
04.04.2020
“Savaş başlasa, Rusiya Ermənistana dəstək verməyəcək” – Müsahibə