Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü onlara bağışlayacaqsa...

10:35  |    26 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Qarabağ erməniləri bir aydan sonra - 31 martda qondarma rejimlərinə siyasi güc qatmaq üçün, tanınma baxımından yeni bir addım atacaqlar - prezident və parlament seçkiləri keçirəcəklər.

İlham İsmayıl |

Ermənistan rəhbərliyi, eləcə də separatçı rejimin liderləri tam arxayınlıqla ali siyasi tədbirə hazırlaşır, işğal etdikləri torpaqların sabiblərindən heç bir maneə görmədikləri üçün (artıq neçə illərdir) heç ağıllarına da gətirmirlər ki, Azərbaycan tərəfi birdən hansısa yolla bu tədbirin keçirilməsinə maneçilik törədər. Hansısa yol deyəndə, təbii ki, diplomatik deyil, hərbi yolu fikirləşirik ki, o yolu da ermənilər bizdən gözləmir...

Xankəndi və İrəvanın siyasi gündəmində Qarabağ hər zaman olduğu kimi prioritet olsa da, birmənalı şəkildə deyərdim ki, Azərbaycanın Qarabağ siyasəti nəinki arxa plandadır, ümumiyyətlə belə bir siyasəti yoxdur. Olsaydı, bunu qarşı tərəf-ermənilər hiss edərdi, elə biz özümüz də nəsə duyardıq, eşidərdik. Hər sahədən ağızdolusu hər gün təbliğat aparılan Azərbaycanda Qarabağ siyasəti Xocalı qətliamının ildönümündə bir “yas yeri” kimi qeyd olunmaqdan o tərəfə keçmir.

Qarabağda prezidentliyə çoxsaylı namizədlər irəli sürülüb və bu namizədlərin hər biri nəinki Dağlıq Qarabağı, onun ətrafını da “Artsaxın konstitusional ərazisi” hesab edirlər. Bizim acınacaqlı durumu ermənidən yaxşı bilən yoxdur. Arada bizim öz vətəndaşlarımız da bizi-hərdən yazı yazanları, tək-tək səsini çıxaranları bu durmla barışmağa çağırırlar. Yəqin bu sətirləri oxuyanlar da belə bir söhbətlə rastlaşıblar və ya özləri də belə fikirləşirlər: “Özünü niyə yorursan? Qarabağ verilib, sənlik bir şey yoxdur. Sən doğrudan da Qarabağın qayıdacağına inanırsan?” Bax, bu sualların verilməsinə səbəb, bu gün Azərbaycanın aparmadığı Qarabağ siyasətinin nəticəsidir...

Uzağa getməyin, bu gün Rusiya mətbuatına müsahibə vermiş DQR prezidentliyinə namizəd, “ Milli dirçəliş” partiyasının lideri Ayk Xanumyanın müsahibəsinə baxsanız fikirlərimin həqiqət olduğuna inanarsınız. Müsahibədən bəzi sual-cavablara diqqət edin:

Sual: Azərbaycandakı "hakimiyyətin tranziti" barədə nə düşünürsünüz - bunun Qarabağ prosesi ilə necə əlaqəsi var?

- Azərbaycandakı siyasi prosesləri yaxından izləyirik. Düşünürəm ki, indi Qarabağ münaqişəsi mövzusu Bakıda müvəqqəti olaraq arxa plana keçib. Azərbaycanda gedən proseslərə görə bizim yaxşı şanslarımız var. Diplomatik sahədə mövqelərimizi möhkəmləndirmək və ordunu yenidən silahlandırmaq üçün bizim bir pəncərəmiz yaranıb.

Gördüyünüz kimi, Azərbaycanın başı hakimiyyətdaxili proseslərə daha çox qatıldığından ermənilər üçün əlverişli vəziyyət yaranıb. Ümumiyyətlə, 30 ildir Azərbaycan siyasi qüvvələrinin başı hakimiyyət davasına qarışıb, Qarabağ da bu davanın qurbanına çevrilib. Dünən də belə olub, bu gün də belədir. Biz dünyanın ən biabırçı seçkisini keçirib xalqı da, dünyanı da özümüzə güldürəndə, sonra da başımızı nəticələri əvvəldən bilinən seçkinin sonuclarının dartışmasına qatanda, ermənilər vəziyyətdən yararlanıb “demokratik seçki” ortamı yaratmağın təbliğatını aparırlar. Müsahibənin davamına baxaq.

Sual: Dağlıq Qarabağ ətrafındakı ərazilərdə məskunlaşma planlarınız varmı? Varsa hansı formada?

- Birincisi, bizim üçün "Dağlıq Qarabağ ətrafındakı ərazilər" anlayışı yoxdur. Artsax Respublikasının konstitusional ərazisi var, onun hər bir hissəsi də bərabər inkişaf etdirilməli və məskunlaşmalıdır. Qarabağ münaqişəsindən əvvəl keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən kənarda yerləşən yaşayış məntəqələrinin məskunlaşması bizim üçün prioritet məsələdir. Hakimiyyətə gələcəyimiz təqdirdə, ev tikmək və dövlət tərəfindən təyin olunmuş zonalarda yaşamaq istəyən bütün DQR vətəndaşlarına 7 milyon dram (14.5 min dollardan çox) pulsuz veriləcək xüsusi bir proqramımız olacaq.

Özünü demokrat kimi göstərən Paşinyanın bizə münasibətində Sarkisyanla, Koçaryandan heç bir fərqi olmadığı kimi (ola bilsin bizə münasibətdə bir-birindən qəddar olarlar), gələcək Qarabağ rəhbərləriyinə namizədlər də bizə münasibətdə getdikcə aqressiv olduqlarını indidən nümayiş etdirirlər. Kim fikirləşirsə ermənilər bizə torpaq güzəşt edəcək və bunu təbliğ etməkdən də çəkinmirlər, bilin ki, dövlət və millət qarşısında ən ağır cinayət işlədirlər.

Sual: Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesindəki "qırmızı xətləriniz" nələrdir?

- Biz yaxın onilliklərdə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini görmürük. Partiyamızın məqsədi silahlı qüvvələrin davamlı islahatı və gücləndirilməsi, iqtisadi inkişaf və Artsax əhalisinin sayının çoxalması ilə DQR-nin ərazi bütövlüyünü qorumaqdır.

Erməninin “qırmızı xətləri” nə qədər aydın görünür. İkincisi, ermənilər “yaxın onilliklərə münaqişənin danışıqlar yolu ilə həllini görmürlər.

Bunu bütün ermənilər deyir. Bu məxluqlar danışığın boş olduğunu bilə-bilə bizim başımızı qatmaqla məşğuldurlar. Bunu görməmək mümkün deyil.

Və son sual: Münaqişənin həllindən sonra Artsaxın gələcəyini necə görürsünüz? Artsax müstəqil ikinci bir erməni dövləti olaraq qalmalı və ya Ermənistanla yenidən birləşməlidir?

- Artsax xalqının böyük əksəriyyətinə gəlincə, Ermənistanla yenidən birləşmək son məqsədimiz və arzumuzdur.

Hər şey aydındır və şairin sözü olmasın: ”elə aydındır bu dil, nadan yüz il oxusa, yenə bir şey anlamaz”. Nadan olmamaq üçün düşmənin cavabını vermək lazımdır, yalançı sülh danışıqları ilə millətin başını qatmayın.

Əgər martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü, Bakı soyqırımının ildönümü gününü ermənilərə rahat gün kimi bağışlayacaqsa, bu müsahibə verən erməniyə haqq qazandırmış olacaq. Di, gedin fikirləşin.

moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
20.03.2020 Virus çox şeyi məhv edib, bircə Qarabağ döyüşündən başqa...
10.03.2020 "Nə edək ki, balasanyanlar bizi unutmasınlar, bəlkə 31 mart seçkilərinə “əli dolu” gedək?"
03.02.2020 Azərbaycan tərəfi fikirləşir ki, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla...
06.11.2019 Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO
11.10.2019 Beynəlxalq şəraiti biz yaratmalıyıq...