Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6797

Digər sorğular

İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub

16:46  |    25 Fevral 2020  |   E-mail  |  Çapa göndər


İranın Səhiyyə nazirinin müavini İrac Hərirçi koronavirusa yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, nazir müavini bildirib ki, onda koronavirus aşkarlanıb.

Qeyd edək ki, İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani Qum şəhərində koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığını demişdi. Onun sözlərinə görə, indiyə kimi koronovirusdan 50 nəfər həyatını itirib, 250 nəfər karantinə alınıb, hökumət isə xəbərlərin yayılmasına mane olur.

İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi isə Qum şəhərində 50 nəfərin koronavirusdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib etmişdi: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəyəm. Koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb. Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü
09.04.2020
Avropanın 5 ölkəsi normal həyata qayıdır
09.04.2020
Belarus da koronavirusa görə özünütəcrid qərarı verdi
09.04.2020
Polşanın yeni strategiyası: Rusiya təhdiddir...
09.04.2020
Ermənistan Gürcüstandan yardım istədi