Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

16:12  |    25 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, sənəddə beynəlxalq ictimaiyyətə çağırış edilərək qətliama ciddi reaksiya göstərilməsi istənilib.

Bəyanatda Xocalı soyqırımı haqqında qısa məlumat da yer alıb.

Sənəddə hadisə şahidləri və qurbanlarının hələ də həyatda olduğu, Xocalıda baş verənlərin tarixi olay deyil, günümüzün acı reallığı olduğu vurğulanıb: “İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Azərbaycanlı qardaşlarımıza bu haqlı davada həmrəyliyimizi ifadə edirik. Bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırırıq. Ermənistan işğal etdiyi torpaqlardan tezliklə çıxmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
366-cı alayın Xocalı qatili olan komandirlərindən biri Rusiyada gəbərdi...
09.04.2020
Epidemiya günlərində Qarabağda "ildırım sürətli" müharibə... – Xanım ekspert mümkün sayırmı?
08.04.2020
Qarabağda kənd karantinə alındı
08.04.2020
Ermənilərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 28 il ötür
07.04.2020
Aprel şəhidi Samir Kaçayev: Cəbhədə parlayan sənət işığı