Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Ümumavropa Qarabağ mitinqi: dünya səsimizi eşitdimi - ilginc yanaşmalar

15:38  |    25 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan diaspor təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbir erməni talanlarının alt-üst edilməsi baxımından önəmli rol oynayıb

Fevralın 22-də dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb. Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər. Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. Diasporla iş üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirilib ki, mitinqdə min nəfərdən çox soydaşımız iştirak edib. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənəd qəbul edilib və bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.

Bəs, aksiya təşkilatçıları ümumilikdə qarşıya qoyulan hədəfə çatdımı? Avropa Azərbaycanın və azərbaycanlıların səsini eşitdimi?

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı qəzetimizə bunları bildirdi: “Təbii ki, Avropa bu aksiyadan xəbər tutdu. Həm aksiyaya şahid olanlar, həm də media vasitəsilə bu tədbiri izləyənlər xəbərdar oldular. Türkiyə mediasından da aksiyada olanlar vardı. Onların vasitəsilə də məlumatlar yayıldı. Həmçinin onlarla alman və turist meydanın kənarında dayanıb mitinqi izləyirdi”.

Söhbət etdiyimiz ekspertlər də bu qənaətdədir ki, Azərbaycan diaspor təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbir erməni talanlarının alt-üst edilməsi baxımından önəmli rol oynayıb.

Aksiya iştirakçısı, İsveçdə yaşayan rejissor, isveç və ingilis dillərində açıq ictimai kanalda yayımlanan “Azərbaycan TV-yə xoş gəldiniz” ( Välkommen till Azerbajdzjansk Tv) lahiyəsinin baş prodüsseri Rahim Telman Sadiqbəyli “Yeni Müsavat”a açıqlamasında aksiya barədə yüksək fikirlər söylədi: “Yüksək səviyyədə təşkil olunmuş dünyanın bir neçə dillərində mətn oxumaqla bizim faktlara görə təxminən 1800 adamın iştirak etdiyi səmimi və gözəl bir layihə idi. Əlbəttə dünyanın bir neçə ölkəsindən insanların gəlməsi təşkil olunsa da bir çoxları öz hesablarına gəlmişdilər. Səhnə ABŞ səfirliyinin yanında, Rusiya səfirliyinin təxminən 200 metrliyində qurulmuşdu. İştirakçılar əsasən, azərbaycanlilar və türklər idi. Amma mən almanları və yerli icmaların nümayəndələrini də gördüm. Paris meydanı böyükdür. Gedib gələnlər də ayaq saxlayırdılar. Təxminən 1500-1800 adam var idi”. Bununla belə, R.Sadıqbəyli dedi ki, ümumi məqsədə yalnız Qarabağ alındıqdan, Xocalı soyqırımına hüquqi qiymət verildikdən sonra nail olmaq olar: “Amma hədəflər düzgün seçilmişdi”.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, müharibə tək səngərlədə getmir: “Son vaxtlar tez-tez təkrar olunan “hibrid müharibə” deyilən bir anlayış da var. Yəni adi bir güllə və ya mərmi atmadan da müəyyən qələbə əldə etmək mümkündür. İstər paralel olaraq informasiya müharibəsi, diplomatik hücum taktikalı müharibə bunlar mühüm faktorlardır. Burada həm təbliğata yer verilir, həm də düşməni susdurmaq üçün dəqiq faktlar ortaya qoyulur. Bu baxımdan məhz Münhen təhlükəsizlik konfransından başlayaraq, Prezidentin İtaliya səfərini də nəzərə alsaq, Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında keçirilən mitinq mühüm bir addım idi. Birincisi, dünya azərbaycanlılarının Qarabağ məsələsində biganə olmaması mühüm bir addım kimi dəyərlənməlidir. Əsas məqamlardan biri Avropanın ən mühüm dövlətlərindən olan Almaniyada bu tədbirin keçirilməsi də Avropaya ciddi bir mesajdır. Xocalı soyqırımı ərəfəsində bu tədbirin keçirilməsi də mühüm hadisə kimi dəyərləndirilməlidir”. A.Nağıyev dedi ki, bu gün dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü öz məntiqi nəticəsini verirsə deməli, diaspora qurumlarında da necə deyərlər ciddi bir oyanış var: “Avropanın ikili standart yanaşmalarına ciddi ziyan vuran belə mitinqlər mütəmadi keçirilməli və daimi bir xarakterli olmalıdır. Kütləvi informasiya vasitələrinin bu tədbiri işıqlandırması da Avropa və dünya ictimaiyyəti üçün də vacibdir. Qeyd edildiyi kimi mitinqdə tək Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri deyil, ABŞ, Kanada, Türkiyə, Böyük Britaniya Fransa, Finlandiya, Avstriya, İsveçrə, Norveç İsveç, İspaniya, İtaliya, Belçika və s. onlarla dövlətin diaspor təşkilatları da iştirak edir və təbii ki, bu da hər bir təmsil edilən dövlətin xarici və daxili siyasətinə təsir edən amil kimi yadda qalmalıdır. Məhz xocalı soyqırımını erməni siyasətçilərin qeyri-adekvat formada izah etməsinə qarşı da bu atılan addımlar təqdirə layiqdir. Şüarların bir neçə dildə nümayişi də Xocalı və ümumiyyətlə Qarabağ həqiqətlərinin Avropa dövlətlərində yaşayanların daha aydın təsəvvürü üçün əyani bir vəsaitdir. Təbii ki, Beynəlxalq qurumlara da edilən çağırılar həmin ünvanlarda müəyyən bir qərarların qəbul edilməsi üçün mühümdür. Yəni bu keçirilən mitinq Azərbaycan xalqının haqq səsinin dünyaya çadırılmasına töhfə verə biləcək bir tədbir kimi dəyərləndirilməlidir”.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov isə öz növbəsində bildirib ki, diasporumuz ümumavropa Qarabağ mitinqində aktiv iştirak etdi: “Diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birliyində, koordinasiya olunmasında, ümumiyyətlə fəallığının artırılmasında rolu böyükdür. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimiz ardıcıl və yorulmaz fəaliyyət göstərir”.

Yeri gəlmişkən, aksiyadan sonra Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və “Qarabağ” Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər. Görüş zamanı çıxış edən Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illər Azərbaycan diasporunun yüksək səviyyədə təşkilatlanması baxımından həyata keçirilən çoxsaylı layihələr barədə danışıb və xaricdəki həftəsonu Azərbaycan məktəblərinin “Azərbaycan dili” dərsliyi ilə təmin olunmasının əhəmiyyətini qeyd edib.

Səfir diasporumuzun Ümumavropa Qarabağ mitinqində iştirakını yüksək qiymətləndirib. Qeyd edib ki, diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birliyində, koordinasiya olunmasında, ümumiyyətlə fəallığının artırılmasında rolu qeyd olunub. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimizin ardıcıl və yorulmaz fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Görüşdə çıxış edən təşkilat rəhbərləri və diaspor fəalları bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildiriblər. Müxtəlif ölkələrdə açılan Azərbaycan evlərinin və həftəsonu məktəblərin, diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindan danışılıb. Bu cür tədbirlərin dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılması və ümummilli məsələlərdə diaspor təşkilatlarının birliyinin daha da gücləndirilməsi baxımından önəmli olduğu vurğulanıb. Belə təşəbbüslərin intensivləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından beynəlxalq tələblərə uyğun, dünya ictimaiyyətinin qəbul edəcəyi yeni formatlara üstünlük verilməsi kimi təkliflər irəli sürülüb.

BQB başqanı Fazil Mustafa isə “Yeni Müsavat”a dedi ki, Avropada Qarabağ mitinqi bütün hallarda davamlı bir proses olmalıdır: “Çünki bu məkanda bizim təbliğatımızın əhəmiyyətini hamımız anlayırıq. Bu ilk növbədə Avropada yaşayan Azərbaycan və Anadolu türklərini vahid hədəfdə birləşməsi fürsəti kimi anlaşılmalıdır. Digər tərəfdən, Qarabağın işğalı mövzusuna Avropada diqqət yönəltmək baxımından zəruridir. Burada mövcud bütün qurumların əməkdaşlığı böyük önəm daşıyır. Çünki elə bir milli məsələdən söhbət gedir ki, burada yükü yalnız diaspora qurumunun üzərinə yönəltmək doğru olmaz. Bu aksiyaya hansı məkanda yaşamasından asılı olmayaraq bütün Azərbaycanlılar maddi, fiziki və mənəvi dəstəyini əsirgəməmlidir”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Təhlükəli virusun yayıldığı bu vaxtda kəlbəcərli girovları itirə bilərik
09.04.2020
Zaxarovadan Qarabağ açıqlaması: Tanımırıq!
09.04.2020
366-cı alayın Xocalı qatili olan komandirlərindən biri Rusiyada gəbərdi...
09.04.2020
Epidemiya günlərində Qarabağda "ildırım sürətli" müharibə... – Xanım ekspert mümkün sayırmı?
08.04.2020
Qarabağda kənd karantinə alındı