Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Xocalı soyqırımı abidəsini ziyarət edən qazilərdən Prezidentə MÜRACİƏT

14:42  |    25 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Bu gün “Qarabağ qaziləri“ İctimai Birliyinin üzvləri XX əsrin ən böyük faciələrindən hesab edilən Xocalı soyqırımı ilə bağlı Bakıda ucaldılan “Ana fəryadı“ abidəsini ziyarət ediblər

Qaziler.az bildirir ki, ziyarətçilər şəhidlərimizin ruhuna dualar oxuyub, abidənin önünə əklil qoyublar.

“Qarabağ qaziləri“ İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, Xocalı faciəsi erməni faşistləri tərəfindən xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqırımdır. “Biz Xocalı soyqırımını həyata keçirənləri lənətləyir, dünya ictimaiyyətindən bu faciəni törədən canilərin beynəlxalq tribunalda cavab verməsi üçün Azərbaycanın haqq səsini dəstəkləmələrini tələb edirik. Biz bu gün bura hərbi mundirlərimizi geyib gəlmişik. Bu da təsadüfi deyil. Xocalıda qətlə yetirilən, əsir götürülən faciə qurbanlarının rəmzi olan “Ana fəryadı“ kompleksinin qarşısından Ali baş Komandana - Prezidentə müraciət edir və ondan xahiş edirik ki, əsirlikdə olan torpaqlarımızın azad olunması, Xocalıda qətlə yetirilmiş günahsız insanların mənfur düşməndən qisasının alınması üçün hücum əmri versin. Biz o əmri gözləyirik. Bəyan edirik ki, hücuma keçəcək qüdrətli Azərbaycan ordusunun sıralarında əsgər və zabitlərimizlə birlikdə işğalçılara qarşı döyüşməyə hazırıq.

Xocalı qətliamının qurbanlarının ailəsinə, yaxınlarına “Qarabağ qaziləri“ İctimai Birliyi adından bir daha başsağlığı verir, onlara allahdan səbir diləyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
09.04.2020
Qənirə Paşayeva 2019-cu il hesabatının müzakirəsi zamanı təkliflərlə çıxış edib
09.04.2020
“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09.04.2020
DİN vətəndaşlara müraciət etdi
09.04.2020
İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb