Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Moskva-Ankara gərginliyi pik həddə

11:14  |    25 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Rus gəmiləri İstanbul və Çanaqqala boğazlarına buraxılmaya bilər; Asim Mollazadə: “Ankara İdlibdəki əməliyyatlarda məcburi iştirak edir...”

“Türkiyə üçün İdlib mühüm amildir. Suriyanın bu şəhərindəki əməliyyatlar Türkiyənin terrorla mübarizəsinin tərkib hissəsidir. Ankara bununla həm də özünü qoruyur”.

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə fevralın 24-də Türkiyə Silahlı Qüvvələrinə aid 50 maşınlıq hərbi karvanın İdlibə daxil olması haqda danışarkən bildirdi.

Partiya sədri hesab edir ki, cinayətkar Əsəd rejiminin apardığı siyasət ucbatından milyonlarla vətəndaşı Türkiyədə sığınacaq axtarır: “Ona görə də Türkiyə İdlibdəki hərbi əməliyyatlarda məcburi olaraq iştirak edir, sərhədlərinin və İdlibin təhükəsizliyini müdafiə edir. Bu baxımdan Rusiya Türkiyənin mövqeyinə hörmət etməli, razılaşmalara əməl olunmalıdır. Çünki Ankaranın məqsədi oradakı mülki əhalinin təhlükəsizliyini təmin etməkdir”.

O da bildirilir ki, İdlibə daxil olan Türkiyə ordusunun birləşmələrini Suriya Milli Ordusunun əsgərləri müşayiət edib. Türkiyənin yüksək səviyyəli rəsmisinin Bloomberg agentliyinə verdiyi məlumata görə, Ankara ölkənin cənubunda yerləşdiriləcək iki Patriot raket sistemini almaq üçün ABŞ-a müraciət edib. ABŞ-ın Türkiyədəki səfirliyi bu məlumata hələ ki şərh vermir.

Yanvarın sonundan bəri Suriya ordusu Rusiya aviasiyasının və İran təmayüllü qrupların dəstəyi ilə İdlib əyalətində həmlələr həyata keçirir. Bu, Türkiyə komandanlığı ilə siyasətçilərini ciddi şəkildə narahat etməkdədir. Rusiya və Türkiyə diplomatları arasında danışıqlara baxmayaraq, Suriyanın şimalında gərginliyin artması müşahidə olunur.

İdlib əyaləti Əsədə qarşı vuruşan üsyançı və cihadçıların son istehkamı sayılır. Bu bölgədə hərbi uğurların Suriya hakimiyyəti üçün nəhəng siyasi və iqtisadi dividentləri ola bilər. Qələbə qazanacağı təqdirdə Əsəd ordusu ölkənin bütün nəqliyyat sisteminin əsasını təşkil edən M4 və M5 yollarını tamamilə nəzarət altına alacaq.

Ankara İdlibi bu bölgədə özünün təsir zonası hesab edir. 2016-cı ildən bəri Türkiyə ordusu ilə müttəfiq suriyalı üsyançılardan ibarət qüvvələr Suriyanın şimalında üç əməliyyat keçirib. Rusiyanın “Nezavisimaya qazeta” nəşri isə Türkiyə-Rusiya əlaqələri ilə bağlı inanılmaz iddia ilə çıxış edib. Qəzetdə yayımlanan məqalədə Ankaranın İdlibdə gərginliyə, daha dəqiq desək, Rusiya ilə yaranan anlaşılmazlıqlara cavab olaraq İstanbul və Çanaqqala boğazlarından rus gəmilərinin keçidinə məhdudiyyət qoyacağı iddia edilib.

“Ankara Rusiya üçün boğazı bağlayacaq” başlıqlı məqalədə Ərdoğanın Rusiyanın planlarını dəstəkləməkdən imtina etdiyi vurğulanıb: “Son bir ay ərzində 16 türk əsgəri döyüşlərdə həlak olub. Dəməşq hökumətini dəstəkləyən Moskva Ankaranı Suriyadakı terrorçuları dəstəkləməkdə günahlandırıb. Ankara bəyan edir ki, sülhü bərqərar etmək və humanitar yardım əməliyyatlarına nəzarət etmək üçün İdlibdə olan Türkiyə əsgərləri Suriya rejiminin hücumları zamanı öldürülüb".

“Bu, demək deyil ki, tərəflər münaqişəni güc yolu ilə həll etmək niyyətindədirlər”, - Moskvadakı Karnegi Mərkəzinin eksperti Aleksey Xlebnikov deyir. Onun sözlərinə görə, keçmişdə belə məsələlərin həlli Putinlə Ərdoğanın bilavasitə danışıqlarında mümkün olub və çox güman ki, bu dəfə də yekun sözü prezidentlər deyəcək.

Rusiyanı dəstəkləyən sosial şəbəkələr ötən ayın sonlarında Moskvanın dəstəyi ilə Əsəd milisinin nəzarətində olan Maarat əl-Numan şəhərində, Hələb-Şam magistral yolunda yerləşən Rusiya hərbi polisinin şəkillərini paylaşıblar. Yayılan şəkillər Rusiya qüvvələrinin İdlib əyalətinin cənubunda, Maarat əl-Numan şəhərinin şərqindən keçən beynəlxalq yola xüsusi texnika ilə yerləşməsini göstərir.

Bir neçə gün əvvəl Rusiya mediası Maarat əl-Numan və Xan Şeyxun şəhərləri arasındakı beynəlxalq yolda Maar-Hattat bölgəsindəki türk əsgərlərinin şəkillərini də yayımlayıb. Onların qurduğu sədlərin magistral yolu keçmək istəyən Əsəd milislərinin qarşısını aldığı və yalnız Rusiya qüvvələrinin keçməsinə icazə verdiyi bildirilib.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
“Karantin asan məsələdir, bəs nə yeyəcəyik?” - Lukaşenko
09.04.2020
Qapalı zooparkın müdirindən heyvanlar üçün konsert: klassik musiqi... - VİDEO
09.04.2020
Bu ölkədə koronavirusa yoluxan bütün xəstələr sağaldı
09.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü
09.04.2020
Avropanın 5 ölkəsi normal həyata qayıdır