Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Jurnalistin müraciəti əsasında 3 məntəqənin nəticələri ləğv edildi

22:09  |    24 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Ləman İsmayılovanın (Ələşrəfqızı) müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, L. İsmayılova müraciətində səsvermə günü 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyi, seçki qutularına topa bülletenlər atıldığı iddia olunub. Namizəd müvafiq dairədə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.

A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 29, 30 və 43 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin 29, 30 və 43 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aqiyə Naxçıvanlıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09.04.2020
DİN vətəndaşlara müraciət etdi
09.04.2020
İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb
09.04.2020
DYP-dən müddəti bitməkdə olan etibarnamələrlə bağlı AÇIQLAMA
09.04.2020
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 104 yeni yoluxma - RƏSMİ