Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

Baş direktor narazı sakinlərlə GÖRÜŞÜB - VİDEO

16:23  |    24 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Bildirmək istərdik ki, bir neçə gün öncə Göyçay rayonun Şıxlar kəndinə qaz çəkilməməsinə görə sakinlər narahatlıqlarını ifadə etmək üçün müxtəlif internet resurslarında çıxışlar ediblər.

Qaziler.az xəbər verir ki, baş verənlərin yerində araşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev həmin kənddə olub, vətəndaşları maraqlandıran sualları cavablandırıb.

Məlumat verilib ki, Göyçay rayonunun Şıxlar kəndində yerləşən 84 fərdi yaşayış evinin qazlaşdırılması məsələləri ciddi araşdırılıb və bu işin icrasına dərhal qərar verilib.

“Azəriqaz” İB-nin rəhbərliyinin kəndə gəlişindən cəmi bir neçə saat öncə artıq qaz boruları əraziyə gətirilib, yaxın günlərdə qaz çəkilişinə start veriləcək.

Görüşdə baş direktor R.Əliyev sakinlərə qazlaşma işləri icra edildikdən sonra da nə problemləri olarsa, dərhal müraciət etmələrini xahiş edib. O, söz verib ki, Şıxlar kəndindəki qaz açılışında şəxsən özü iştirak edəcək.

Məlumat üçün bildirək ki, 29 may 2015-ci ildə təsdiq olunan müvafiq qanunda 17 rayonda bəzi kəndlərin adları dəyişdirilib. O cümlədən, Göyçay rayonunun Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi də Şıxlar kəndi adlandırılıb. Çərəkə kəndində qazlaşma işləri 2018-ci ildə həyata keçirilib. İnzibati ərazi vahidi barədə kifayət qədər məlumatlı olmayan yerli sakinlər “Çərəkə niyə tam qazlaşdırılmayıb?” deyərək Şıxlar kəndinin də həmin vaxt qazlaşdırılmasını istəyiblər. Lakin dövlət proqramlarında konkret olaraq inzibati vahidlərin adları göstərilir. Çərəkə kəndində qazlaşma 2018-ci ildə aparılarkən, artıq 3 il idi ki, Şıxlar kəndi mövcud idi.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.04.2020
Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı - Zibilliyə görə
02.04.2020
Kanada Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır
02.04.2020
Azərbaycanda koronavirusa görə Həcc ziyarəti təxirə salındı? - RƏSMİ AÇIQLAMA
02.04.2020
Mikayıl Cabbarova yeni müavin təyin olundu - SƏRƏNCAM
02.04.2020
Sabah dağlıq ərazilərə QAR yağacaq - HAVA PROQNOZU