Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Daha 6 məntəqədə seçkinin nəticələri ləğv edildi

20:26  |    23 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Elşən Abıyev, Elşad Təhməzov və digər 6 namizədin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Tofiq Həsəov məlumat verib.

T. Həsənov bildirib ki, namizədlər səsvermənin seçicilərin iradəsini əks etdirmədiyini əsas gətirərək, dairə üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edib: “Araşdırma bir neçə istiqamətdə aparılıb. Araşdırma nəticəsində sosial şəbəkələrdə yayılan və namizədlərin təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 10 saylı seçki məntəqəsində qanun pozuntularının olması aşkarlanıb. Məntəqə seçki komissiyaları tərəfindən araşdırmaya 3 ədəd protokol təqdim olunub. Bu potokollardan 29 saylı seçki məntəqəsində də səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, bu iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 2 seçki məntəqəsində (10, 29 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, bu dairədə lider namizəd Malik Həsənovdur.

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsinin bir seçki məntəqəsində də səsvermənin nəticələri etibarsız sayılıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış İbrahimli Qorxmaz və Gülağa Aslanlının müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Sosial şəbəkədə16 saylı seçki məntəqəsindən yayılan görüntülərdən məlum olur ki, həmin seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 16 saylı seçki məntəqəsində səsvermənin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış Mehriban Mirzəliyevanın müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, şikayətin araşdırma prosesində məntəqə seçki komissiyalarından, dairə seçki komissiyasından alınan materiallar və sosial şəbəkələrdə yayılan görüntülər əsas götürülüb:

“Araşdırma zamanı mübahisələndirilən seçki məntəqələri üzrə araşdırma aparılıb və müraciətdə qeyd edilən hallar öz təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, M. Mirzəliyevanın şikayəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, müraciətlər bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 10 saylı seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: “Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, bir seçki məntəqəsində (10 saylı seçki məntəqəsi) səsvermənin nəticələri etibarsız sayılıb.

118 saylı Ağdam Şəhər Seçki Dairəsinin iki seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Musa Ağayevin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını xahiş edib: “Araşdırma nəticəsində 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 25 və 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
09.04.2020
Qənirə Paşayeva 2019-cu il hesabatının müzakirəsi zamanı təkliflərlə çıxış edib
09.04.2020
“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09.04.2020
DİN vətəndaşlara müraciət etdi
09.04.2020
İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb