Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6797

Digər sorğular

Azərbaycan XİN-dən koronavirusla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

14:18  |    23 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq məlumat yayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
09.04.2020
Qənirə Paşayeva 2019-cu il hesabatının müzakirəsi zamanı təkliflərlə çıxış edib
09.04.2020
“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09.04.2020
DİN vətəndaşlara müraciət etdi
09.04.2020
İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb