Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Ronaldo 1000-ci oyunu keçirdi, 725-ci qolunu vurdu

20:06  |    23 Fevral 2020  |   E-mail  |  Çapa göndər

İtaliya A seriyasının XXV turunda "Spal"la səfər oyunu "Yuventus"un hücumçusu Kriştianu Ronaldonun yubileyi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz peşəkar karyerası ərzində 1000-ci oyununa çıxıb.

2002-ci ildən bəri "Sportinq", "Mançester Yunayted", "Real", "Yuventus" və Portuqaliya millisinin formasını geyinən 35 yaşlı futbolçu 1000-ci qarşılaşmasını qolla qeyd edib.

"Spal"ın qapısından ilk topu keçirən Ronaldo karyerasında 725-ci qolunu vurub.

Bundan başqa, A seriyasında ardıcıl 11-ci matçda fərqlənən Ronaldo İtaliya çempionatında bu göstəriciyə imza atan üçüncü oyunçu olub. Ona qədər Qabriel Batistuta ("Fiorentina" - 1994-95) və Fabio Kvalyarella ("Sampdoriya" - 2018-19) ardıcıl 11 görüşdə qol vurub.

Kriştianu, eyni zamanda İtaliya çempionatında ən çox qol vuran portuqaliyalı futbolçu ünvanına sahib Rui Koştaya çatıb. "Milan" və "Fiorentina"nın heyətində 339 görüşdə 52 dəfə fərqlənən Koştaya çatmaq üçün CR7-yə 52 matç kifayət edib.

Qeyd edək ki, "Yuventus"un "Spal" üzərində 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada fərqlənən Ronaldo A seriyasında cari mövsümdəki qollarının sayını 21-ə yüksəldib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
İlin ən yaxşı stadionları açıqlandı - SİYAHI
31.03.2020
Teymur Rəcəbov və Rauf Məmmədov erməni şahmatçıya başsağlığı veriblər
30.03.2020
Qurban Qurbanov “dünyanın ən yaxşıları”nın siyahısında...
28.03.2020
Koronaya yoluxan futbolçu: Nəfəs almaqda çətinlik çəkirdim
23.03.2020
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı