Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: "İnqilab edirsiniz..." (VİDEO)

16:39  |    22 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, Zərdab rayonunda bir qrup Çallı kənd sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər.

Qaziler.az unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib.

"Siz deyirsiz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanlamısınız. Amma Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb. Bu düz çıxmır! Lütvəli Babayev öz dövründə bütün "bu işləri" görüb, gedib, qalıb o yanda... Mən iki ay yarımdı gəlmişəm (icra başçısı) böyrümdə inqilab edirsiz".

M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib: "Sizin iddia etdiyiniz örüş torpaqdan xəbərim yoxdur. Əgər bir-birimizə güvəniriksə, biz qanunu qorumalıyıq. Bəziləri torpağı 30-40 ilə icarəyə verib. Bu tam cinayətdir. Torpaq 10-15 ildən artıq icarəyə verilə bilməz".

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.04.2020
Kanada Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır
02.04.2020
Azərbaycanda koronavirusa görə Həcc ziyarəti təxirə salındı? - RƏSMİ AÇIQLAMA
02.04.2020
Mikayıl Cabbarova yeni müavin təyin olundu - SƏRƏNCAM
02.04.2020
Sabah dağlıq ərazilərə QAR yağacaq - HAVA PROQNOZU
02.04.2020
Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma var - RƏSMİ