Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi

21:46  |    21 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Türkiyə və Fransa prezidentləri Rəcəb Tayib Ərdoğan və Emanuel Makron, o cümlədən Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı mövcud vəziyyəti müzakirə ediblər: “Türkiyə prezidenti Almaniyanın Hanau şəhərindəki irqçi hücum zamanı ölənlər üçün başsağlığı, yaralananlar üçün şəfa tapmaları arzusunu çatdırıb, əcnəbi düşmənçiliyi, ayrı-seçkilik, İslamofobiya ünsürlərini əks edən bu hücumları lənətlədiyini ifadə edib. Suriya rejimi və müttəfiqlərinin İdlibdəki təcavüzkarlıqlarını dayandırılmasını zəruri sayan Ərdoğan humanitar böhranın qarşısını almaq üçün səmərəli tədbirlərlə güclü dəstək verməyin lazım olduğunu vurğulayıb. Türkiyə prezidenti Liviya xalqının da sülh, rifah, sabitliyə qovuşması üçün sanballı siyasət yolu ilə hamılıqla səy göstərməsinin zəruri olduğunu dilə gətirib”.

Digər tərəfdən, Rusiya hökumətinin də Suriya probleminə dair Türkiyə, Fransa, Almaniya liderlərinin iştirakı ilə dördtərəfli zirvə keçirmək imkanlarını müzakirə edir.

Kremlin sözçüsü Dmitri Peskov bu barədə Almaniya və Fransa liderlərinin Rusiya prezidenti Vladimir Putinə ötən gün zəng edərək İdlib bölgəsində humanitar vəziyyətə dair narahatlıq bildirmələrini şərh edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi
09.04.2020
Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
09.04.2020
Deputat: "Bir çıxışla sosial şəbəkələri partlada bilərəm"
06.04.2020
Yunanıstandakı azərbaycanlılar arasında koronavirusa yoluxan varmı? - Səfirdən cavab
04.04.2020
“Savaş başlasa, Rusiya Ermənistana dəstək verməyəcək” – Müsahibə