Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Mübariz Qurbanlıdan xəbərdarlıq: "Koronavirus təhlükəsini nəzərə alsınlar"

23:42  |    21 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi İranda koronavirus təhlükəsi ilə bağlı turizm şirkətlərinə tövsiyələr verib.

Qaynarinfo xəbər verir ki, bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, yalnız Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilir: "Digər müqəddəs yerlərə ziyarətlər turizm şirkətləri tərəfindən təşkil olunur. İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə tövsiyə etmişik ki, indiki şəraitdə koronavirus təhlükəsini nəzərə alsınlar, həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşsınlar. Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər".

Komitə sədri qeyd edib ki, hüquqi baxımdan həmin turizm şirkətləri müstəqil fəaliyyət göstərirlər: "Bu şirkətlər yalnız dini ziyarət yerlərinə deyil, digər turistlik yerlərə də turist aparırlar. Ona görə də qanunvericilik baxımından həmin şirkətlərə hər hansı formada qadağa qoymağımız mümkün deyil. Amma bu məsələ ilə bağlı turizm şirkətlərinə tövsiyələr verilib. Turizm şirkətlərininn nümayəndələrini qəbul etmişik və izahat işi aparmışıq. Əminəm ki, vətəndaşlarımız da koronavirus təhlükəsini nəzərə alaraq, gediş-gəlişlə bağlı məsələlərdə daha həssas olacaqlar. Bununla bağlı Səhiyyə Nazirliyinin və bütövlükdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələrə əməl edəcəklər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09.04.2020
DİN vətəndaşlara müraciət etdi
09.04.2020
İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb
09.04.2020
DYP-dən müddəti bitməkdə olan etibarnamələrlə bağlı AÇIQLAMA
09.04.2020
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 104 yeni yoluxma - RƏSMİ