Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı

21:46  |    20 Fevral 2020  |   E-mail  |  Çapa göndər

Koronavirus yavaş-yavaş bizim ölkə üçün də təhlükəyə çerilməyə başlayır.

İranda koronavirus dəhşəti yaşanır. Ölənlərin sayı 9-a çatıb.

Bizimyol.info xəbər verir ki, bu gün İranda 7 nəfər bu virusdan həyatını itirib. İran beynəlxalq televiziyası bu haqda məlumat yayıb. “Twitter”də ölənlərdən birinin xəstəxanada son dəqiqələri ilə bağlı video paylaşılır. Koronavirusun qurbanına çevrilən Hüseyn Molayenin böyük qardaşı deyir ki, virusa yoluxma küçədə baş verib. Hüseyn son vaxtlar, ümumiyyətlə, İranı tərk etməyib.

İran mediasında hökuməti tənqid edən yazılar peyda olub. Hökumət koronavirusla bağlı məlumatları gizlətməkdə ittiham edilir.

Günün ilk yarısında rəsmi qurumlar daha 3 nəfərin virusa yoluxmasını etiraf etmişdilər. Həmin şəxslərin Qum və Ərak şəhərlərində yaşadığı bildirilirdi. Koronavirusla mübarizə üçün xüsusi komissiya da yaradılıb.

Ümumilikdə dünyada bu virusa yoluxanların sayı 80 min nəfərə yaxınlaşır. Bu gün Çin hüdudlarından kənarda İrandan başqa daha bir ölkədə koronavirus qurbanı qeydə alınıb. Cənubi Koreyada virusun yaratdığı pnevmoniyadan ölən olduğu bildirilir. Ölənlərin ümumi sayı 2125 nəfərdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü
09.04.2020
Avropanın 5 ölkəsi normal həyata qayıdır
09.04.2020
Belarus da koronavirusa görə özünütəcrid qərarı verdi
09.04.2020
Polşanın yeni strategiyası: Rusiya təhdiddir...
09.04.2020
Ermənistan Gürcüstandan yardım istədi