Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

"Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını artıra bilər"

16:02  |    19 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Ölümcül təsirli tam avtonom silah sistemləri insanın hansısa müdaxiləsi olmadan kimin yaşayaçağı və kimin öləcəyinə qərar verir.

Bu silah növləri mülki vətəndaşları əsgərlərdən ayırmayacaq, bu silahlarda insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda qərar qəbulunda yalnız maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaqdır. Tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər.

Dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri ABŞ, Çin, İsrail, Cənubi Koreya, Rusiya və Böyük Britaniya ölümcül təsirli avtonom silah sistemləri üzərində aktiv şəkildə işləyirlər. Bu tipli silahların istehsalı qərarların qəbulunda insan faktorunu nəzərə almır və nəticədə bütün qərarlar avtonom şəkildə fəaliyyət göstərən robot silahlar tərəfindən qəbul edilir. Artıq ekspertlər bildirirlər ki, heç bir ölkə bu cür robot silahların gözlənilməz kütləvi hücumu qarşısında dayana bilməyəcək. Çünki bu tipli silahlar insanlardan daha tez hədəfi müəyyən etmək və məhv etmək bacarığına malik olacaq. Həmçinin bu silahların fəaliyyətinə insanlardakı güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar da maneə ola bilməyəcək. Beləliklə robot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradacaq. İnsan müdaxiləsi olmadan, özü idarə olunan süni zəka silahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaqdır.

Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə aktiv iştirak edir. Artıq bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. Google, Microsoft, Tesla, Apple və Amazon kimi qlobal şirkətlər bu silah növlərinin yaradılmasının qadağan olunmasını dəstəkləyiblər. Clearpath Robotics kimi robototexnika şirkətləri qatil robotları qadağan etmək üçün fəal işləyirlər

Burada qeyd etmək lazımdır ki, müzakirələr avtonom sistemlərin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.

Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycan Respublikasının da aktiv iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökümətinin müvafiq strukturlarının iştirakını vacib hesab edirik.

Hafiz Səfixanov
Minalar Əleyhinə Azerbaycan Kampaniyası Ictimai Birliyinin Sədri

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb
29.03.2020
Koronavirusla bağlı əhaliyə rəsmi müraciət: Əgər pozitiv çıxsa...
28.03.2020
Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT: “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək”