Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

“Azəriqaz”ın 270 əməkdaşı cəzalandırılıb

19:52  |    18 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərin, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır.

“Azəriqaz”dan Qaziler.az -a verilən məlumata görə, onların üzləşdiyi çətinliklər barədə daxil olan məlumatlar dərhal araşdırılır. Bu barədə Birliyin baş direktoru Ruslan Əliyevin xüsusi tapşırığı var: “Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbrli davranmalı, onların problemlərinin həllinə qanununvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar”.

Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir.

Bir daha “Azəriqaz” İstehsalat Birliyi abonentləri əmin edir ki, onların məmnuniyyətinin təmin olunması üçün bütün lazımi tədbirlər görüləcək. Bu istiqamətdə onları narahat edən məqamlar olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.04.2020
Kanada Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır
02.04.2020
Azərbaycanda koronavirusa görə Həcc ziyarəti təxirə salındı? - RƏSMİ AÇIQLAMA
02.04.2020
Mikayıl Cabbarova yeni müavin təyin olundu - SƏRƏNCAM
02.04.2020
Sabah dağlıq ərazilərə QAR yağacaq - HAVA PROQNOZU
02.04.2020
Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma var - RƏSMİ