Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Ukraynanın şərqində ağır döyüşlər gedir

11:47  |    18 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

“Report” xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.

Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib.

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı rədd edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
İranda bu tarxidən fəaliyyətlər başlanacaq - Ruhani
05.04.2020
Fransalı aparıcı koronadan ölənləri təhqir etdi
05.04.2020
Rusiyada adı gizli saxlanılan silahlı şəxs 5 nəfəri qətlə yetirdi
05.04.2020
Son sutkada koronavirusa yoluxanların STATİSTİKASI
04.04.2020
Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq