Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Neft Daşlarında çalışan üç qazinin həyat hekayəsi

10:24  |    18 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Dünya ədəbiyyatının dahi klassiki Onore de Balzakın müdrik bir kəlamı var: ”Elə namuslu əmək yoxdur ki, əvvəl-axır qiymətləndirilib öz layiqli mükafatını almasın”.

Dahi klassikin bu kəlamını xatırlamaqda məqsədim üç igid və qəhrəman neftçi dostlar haqqında yazı yazmaqdı. Elə bir dostlar ki, taleləri və keçdikləri qəhrəmanlıq yolu ilə bir-birilərini tamamlayır, heyran edir, düşündürür.

1992-ci ildə Bakı Baza Texnikomunun üç gənc məzunu - Səbuhi Ağasəfov, Eldəniz Musayev və Maarif Süleymanov göndərişlə, qəhrəman Azərbaycan neftçilərinin Xəzərin qoynundakı strateji məntəqəlrindən birinə, Neft Daşlarına gəldilər. Öz ixtisaslarına uyğun olaraq Neft Daşları NQÇİ-nin Elektrik Təhcizatı və Elektrik Avadanlıqları sahəsində elektrik montyoru kimi işə başladılar. Qısa bir zaman kəsimində kollektivə qaynayıb-qarışan dostlar, 1992-ci ilin dekabrında könüllü olaraq Birinci Qarabağ müharibəsinə-cəbhəyə getdilər. Ağır döyüşlərdə iştirak edən dostlar Fizulinin Horadiz qəsəbəsini və 22 kəndini erməni faşıstlərindən təmizlənənməsində xüsusi qəhrəmanlıq göstərdilər. Bu döyüşlərdə erməni faşistləri ağır itkilər verdi. Hücum əməliyyatları zamanı çox sayda düşmən əsgəri və zabiti məhv edildi. Qəsbkarların 50-dən yuxarı zirehli texnikası və 15 artilleriya qurğusu yandırıldı.

Qarabağ Qazisi Eldəniz Musayevin xatirələrindən:

-Gecə ikən 50 nəfərlik dəstənin tərkibində ermənilərin arxasına keçib Horadiz- Beyləqan yolunu ermənilərdən təmizlədik. Düşmənlərin Horadiz-Beyləqan yolunda mövqe seçmiş zirehli texnikasını məhv elədik. Yolu nəzarətdə saxladığımızdan mənfur ermənilərə gələn köməyin qarşısını aldıq. Ordumuzun hücumu nəticəsində isə ermənilər qaçmağa başladı.

Atəşkəsdən sonra 1995-ci ildə yenə öz sevimli iş yerlərinə qayıdan neftçilər Neft Daşlarının çiçəklənməsində və müasirləşməsindı fəal iştirak etməyə başladılar. Dostlar artıq 27 ildir ki, həmin müəssisədə çalışır, öz zəngin iş təcürbələrini gənclərə öyrətməkdən zövq alır, daha da əzmlə işləyirlər. Qeyd etdiyim əmək və müharibə qəhrəmanlarının üçü də Yeni Azərbaycan Partiyasının üzvləridi. Ümummilli liderimiz H.Əliyevin siyasi kursunun layıqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursunun daima dəstəkləyir və alqışlayırlar. Neft Daşları adına Neft və Qazçıxarma İdarəsinin Elektrik Təhcizatı və Ekektrik Avadanlıqları sahəsinin Böyük mühəndisi Səbuhi Ağasəfov həm də sahənin Həmkarlar Komitəsinin sədridir. Eldəniz Musayev və Maarif Süleymanov isə həmin sahənin aparıcı elektrikləridir. Dostlar gənc mütəxəssis olaraq 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin tikdirdiyi binadan yeni mənzillə təmin olunublar. Elə həmin il Maarif Süleymanov Azneft İstehsalat Birliyinin qiymətli hədiyyəsi ilə təltif olunub.
Bu yaxınlarda Qarabağ qazisi Səbuhi Ağasəfova bir sualla müraciət etdim:
-Müharibə olsa yenə könüllü cəbhəyə gedərsinizmi?

-Biz neftçilər həmişə dövlətimizin yanında olub, cənab Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Nahaq yerə Azərbaycan neftçilərinə, Azərbaycan Dövlətinin neftçi ordusu demirlər ki? Xəzər dənizinin mirvarisi sayılan Neft Daşlarında qəhrəmanlıqları adiləşdirən neftçi-qazilər çoxdur. Elə bizim işlədiyimiz ET və EA sahəsində Faiq Cavadov, Rövşən Buliyev, Tərlan İdayətov, Nəbi Hüseynov, Zöhrab Hüseynov, Ceyhun Əmirov, Rauf Abdulov, Əfqan Cabbarov kimi neftçi qazilər çalışır. Mübarizlik neftçilərin canında və qanındadı. Biz istənilən an ön cəbhədə olmağa hazır insanlarıq.

Bu il həm də bu üç qəhrəman qazi neftçimizin 50 yaşı tamam olur. Qəhrəmanlarımıza uzun ömür və can sağlığı arzulayıraq. Nə yaxşı ki, sizin kimi Vətənini, Dövlətini sevən, gəncliyimizə və gələcəyimizə örnək ola biləcək əmək və müharibə qəhrəmanlarımız var. Nə yaxşı ki, bizimləsiz, iqtisadiyyatımızın ən ağır və şərəfli sahəsində yorulmadan çalışırsınız.

Təbrik edirik!

Aqşin Dadaşoğlu

Neftçi-şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
09.04.2020
Qənirə Paşayeva 2019-cu il hesabatının müzakirəsi zamanı təkliflərlə çıxış edib
09.04.2020
“Su-35 və MiQ-35-lər üstünlüyümüzü dəfələrlə artıracaq” - Polkovnik-leytenant
09.04.2020
DİN vətəndaşlara müraciət etdi
09.04.2020
İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb