Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 28 il ötür

01:01  |    17 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 28-ci ili tamam olur.

APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.

Qaradağlı indi də işğal altındadır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq
03.04.2020
Qarabağ müharibəsində oğlunun yaralarını öz əlləri ilə sarıyan ATA...
03.04.2020
"Aprel döyüşləri və Günnüt zəfəri dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi" - General - VİDEO
03.04.2020
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
02.04.2020
Keçmiş döyüşçü Aprel zəfərindən yazdı - Amma...