Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6798

Digər sorğular

Telefonla danışmaq gənclərin yerişini dəyişir – ALİMLƏR

18:39  |    17 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Smartfonlar, elektron qadjetlər gənclərin qaməti və yerişinə təsir edir.

Medicina.az xəbər verir ki, beynəlxalq elmi qrupun bu barədə elmi araşdırması maraqlı nəticələr ortaya çıxarıb və bu barədə Applied Ergonomics dərgisində yazılıb.

Belə ki, eksperiment zamanı 8 nəfər sağlam gəncə pilləkənlə qalxıb-düşmələri və bu zaman telefonla danışmaları tapşırılıb.

Telefonla danışarkən insanın diqqəti yayınır və o hərəkətlərinə nəzarət edə bilmir.

Alimlər gəncləri izləyərək bu nəticəyə gəliblər ki, telefonla danışarkən insanın yerişi səntirləyir, daha gec və asta gəzir, eləcə də addımları əminsiz olur.

Bu ona görə baş verir ki, telefonla danışan zaman beyin çoxhərəkətli rejimə keçdiyi üçün hərəkətlərə nəzarəti dəyişir və azaldır.

Ən sağlam, gənc insan belə telefonla danışarkən hərəki aktivliyi kəskin düşür, beyin hərəkət və intelektual tapşırığı eyni anda mükəmməl icra edə bilmir.

Ona görə kütlə çox olan yerlərdə, ekskalatorda, metroda, pilləkəndə, qatarda, hündürlükdə, sükan arxasında telefonla danışmaq, məşğul olmaq nəinki yaşlıların, hətta gənclərin də yıxılma, düşmə, toqquşma və zədə alma riskin artırır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.04.2020
Koronavirus bu orqanı da zədələyir — Alimlərdən açıqlama
08.04.2020
Koronavirus qan ilə yoluxa bilir? - RƏSMİ açıqlama
07.04.2020
Koronavirusun müalicəsində antibiotiklərdən istifadə etmək olmaz
06.04.2020
Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı
05.04.2020
Koronavirusun iki yeni simptomu ortaya çıxdı