Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov

22:48  |    16 Fevral 2020  |   E-mail  |  Çapa göndər


“Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”

Azvision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır: “Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistanın baş naziri Nikol Paşinyan Xocalı soyqırımı barədə danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
Vəzifəli şəxsin oğlu dövlət qurumunu məhkəməyə verdi
05.04.2020
Sabah güclü külək əsəcək - HAVA PROQNOZU
05.04.2020
Düşmən gecə 3 kəndə gedən yolu və nəqliyyat vasitələrini atəşə tutub
05.04.2020
Ermənistan silahlı qüvvələri atəşkəsi pozub
04.04.2020
Sabahdan yalnız bu taksilər işləyə biləcək