Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”

21:35  |    16 Fevral 2020  |   E-mail  |  Çapa göndər


“Münhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi.”

Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan öz “Facebook” hesabında yazıb.

O, Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib:

“Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir.

İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”.

Keçmiş nazir hesab edir ki, Paşinyan İlam Əliyevin fikirlərinə tam cavab verə bilməyib:

“Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
Sabah güclü külək əsəcək - HAVA PROQNOZU
05.04.2020
Düşmən gecə 3 kəndə gedən yolu və nəqliyyat vasitələrini atəşə tutub
05.04.2020
Ermənistan silahlı qüvvələri atəşkəsi pozub
04.04.2020
Sabahdan yalnız bu taksilər işləyə biləcək
04.04.2020
Kənd təsərrüfatı ilə məşğul olanların karantin dövründə hərəkət qaydası müəyyənləşdi