Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”

11:39  |    16 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Anna Turcotte: “Tarixdən xəbəri yoxdur, siyasi hazırlıq səviyyəsi isə aşağıdır”

Erməni yazıçısı Anna Turcotte Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib.

Moderator.az xəbər verir ki, N.Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.

A.Turcottenin fikrincə, N.Paşinyan Münhendəki diskusiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi “zorakılığa” diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər “yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçısı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında “bu tarixi faktı” untuması yolverilməz və bağışlanılmazdır.

Paşinyanın Azərbaycan prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte, Ermənistan baş naziri haqqında “ayıb olsun” ifadəsini işlədib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.04.2020
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü - STATİSTİKA
02.04.2020
Çində it-pişik yemək qadağan olundu - İLK DƏFƏ
02.04.2020
İtaliyada koronavirusa yoluxan həkimlərin sayı 10 mini keçib
02.04.2020
Ruhanidən koronavirusla bağlı bədbin açıqlama
02.04.2020
Tramp 100 min ölüm demişdi - 100 min CƏSƏD TORBASI sifariş edildi