Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

XİN sözçüsü: “Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

21:33  |    15 Fevral 2020  |   E-mail  |  Çapa göndər


“Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs kobud şəkildə pozulub və düşmən qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribat onu göstərir ki, Ermənistan bu ilin yanvar ayında hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən əvvəl olduğu kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan sülh prosesinə davamlı şəkildə xələl gətirir və hətta onu pozmağa çalışır”.

“Report” xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, vəziyyətin gərginləşməsinə xidmət edən bu qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
“Savaş başlasa, Rusiya Ermənistana dəstək verməyəcək” – Müsahibə
02.04.2020
Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi
01.04.2020
ÜST-ün Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayıb
31.03.2020
Professor: “Yaxınlarda Qarabağda savaş başlaya bilər” – Şok müsahibə
31.03.2020
Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinə İranın MÜNASİBƏTİ