Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

Proses Kəlbəcərin qaytarılması ilə başlamalıdır - Video

20:16  |    15 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yanvarın 30-da baş tutmuş görüşdə “azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə yaşayış bölgələrinin yaradılmasının” müzakirə edildiyini bildirib.

Qarabağ separatçılarının “tş”sinin sabiq rəhbəri Vitali Balasanyan isə Cenevrə görüşlərində birgə yaşayış bölgələrinin Laçının cənubunda yaradılması və burada sülhməramlı qüvvələrin yerləşməsinin müzakirə edildiyini deyib.

Bu bəyanatları Axar.az-a şərh edən rusiyalı politoloq Aleksey Anpiloqov bildirib ki, diqqətçəkən məqam açıqlamaların Paşinyanın siyasi rəqibləri və onların Dağlıq Qarabağda keçirilən “seçkilər”də əlaltıları tərəfindən verilməsidir.

“Od olmasa, tüstü çıxmaz. “Paşinyan sülh naminə Azərbaycanın xeyrinə nədən keçməyə hazırdır” sualı mənim üçün hələ də açıq olaraq qalır”, - Anpiloqov deyib.

Politoloq Laçın rayonunun qaytarılmasının müzakirə edildiyini düşünmür:

“Çünki bu, Ermənistan üçün fəlakətlə nəticələnər”.

Onun sözlərinə görə, gedən söz-söhbətlər ermənilərin seçkiqabağı kampaniyasından başqa bir şey deyil. Əgər həqiqətən belə bir danışıqlar aparılıbsa və yerinə yetiriləcəksə, bu alqışalayiqdir:

“Paşinyan işğaldakı bir sıra əraziləri Azərbaycana qaytarmağa hazırdır. İşğal olunmuş ərazilərin qaytarılmasına isə Kəlbəcərdən başlamaq daha realdır”, - deyə politoloq qeyd edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Polkovnik
07.08.2020
Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO
07.08.2020
Şəhid generalla polkovnikin məzar daşı hazırdır - FOTO
07.08.2020
Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub
07.08.2020
Cəbhədə son vəziyyət