Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7002

Digər sorğular

Sahil Babayev Mikloş Kaşlerlə görüşüb

16:39  |    15 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Macarıstanda səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində həmin ölkənin İnsan Resursları naziri Mikloş Kaşlerlə görüşüb.

Qaziler.az xəbər verir ki, Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji xarakter daşıdığını qeyd edən S.Babayev bu əlaqələrin geniş miqyas alması üçün məqsədyönlü addımlar atıldığını bildirib.

Nazir ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində innovativ inkişafın təmin edilməsi məqsədilə aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. S.Babayev Macarıstanın İnsan Resursları Nazirliyi ilə də əməkdaşlığın qarşılıqlı fayda verə biləcəyini bildirib.
M.Kaşler iki ölkənin əlaqələrinin daim inkişafda olmasının məmnunluq doğurduğunu qeyd edib.

Görüşdə sosial müdafiə, pensiya və müavinət sistemlərinin idarə olunması və təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, peşə hazırlığı, əlilliyi olan şəxslərin reabilitasiyası, dövlət sosial xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təşkili və s. sahələrdə əlaqələrinin qurulması və inkişaf etdirilməsinin, həmçinin bilik və təcrübə mübadilələrinin zəruriliyi ilə bağlı yekdil fikir ifadə olunub. Bu məqsədlə iki nazirlik arasında bir əməkdaşlıq sənədi kimi yaxın dövrdə Anlaşma Memorandumunun imzalanmasının da məqsədəuyğun ola biləcəyi vurğulanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Serbiya prezidenti İlham Əliyevə zəng etdi: Ermənistana satılan silah məsələsi araşdırılacaq
04.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib
04.08.2020
Səfir Hoqland: “BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır”
04.08.2020
Fransada erməni təxribatı - Diaspor rəhbəri nə baş verdiyini açıqladı
04.08.2020
Kolumbiyanın ölkəmizəki səfiri Azərbaycan xalqına müraciət edib