Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Türk ölkələrinin liderləri Türküstanda toplanır?

09:14  |    14 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti Zirvə Görüşünün bu ilin payızında Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Askar Mamin bildirib.

Qeyd edib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və dövlət başçısı Qasım-Jomart Tokayev Türküstan şəhərinin inkişafına xüsusi diqqət yetirirlər. Bu ilin payızında burada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün lazımi obyektlərin tikintisinin vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək lazımdır.

2019-cu il oktyabrın 15-də TDƏŞ-ə üzv ölkələrin başçılarının Bakıda keçirilən VII Zirvə Görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev növbəti görüşün Türküstanda keçirilməsi təklifini irəli sürüb. Həmçinin o, “Türk Görüşü – 2040” proqramının hazırlanmasını, gələcəkdə Türk Şurasının beynəlxalq təşkilat səviyyəsinə qaldırılması üçün onun adının yenidən nəzərdən keçirilməsini təklif edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib
04.08.2020
Səfir Hoqland: “BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır”
04.08.2020
Fransada erməni təxribatı - Diaspor rəhbəri nə baş verdiyini açıqladı
04.08.2020
Kolumbiyanın ölkəmizəki səfiri Azərbaycan xalqına müraciət edib
03.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası” mövzusunda vebinar keçiriləcək