Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələr ləğv olunub

17:16  |    13 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 74 saylı Lənkəran Kənd Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub.

APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma nəticəsində seçki komissiyaları tərəfindən qanun pozuntularına yol verilməsi müəyyən edilib: “Bu və ya digər şəkildə seçkinin nəticələrinə müdaxilə edilməsi ilə bağlı iddialar özünü doğruldub. Seçki protokollarının səsvermə otağı xaricinə çıxarılması halları müşahidə edilib. Bəzi seçki məntəqələrində yekun protokollarda seçicilərin iradəsinin təmin edilməməsi məlum olub. Bəzi namizədlərə aid səslərə düzəliş edilməsi halları da müəyyən edilib. Nəticələri ləğv edilməli olan seçki məntəqələrinin sayı 27-dir”.

Məsələ müzakirəyə çıxarılıb və 74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələrin ləğvinə qərar verilib.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hadi Rəcəbli lider namizəd elan olunmuşdu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
MSK DSK-nın qərarını qüvvədə saxladı
22.02.2020
MSK Elza Seyidcahan ilə bağlı qərarını açıqladı
22.02.2020
Prezident iki şəxsə fəxr ad verdi - SƏRƏNCAM
22.02.2020
Avtomobil yollarının tikintisi və istismarı sahəsində çalışanlar təltif olunub
22.02.2020
İrandakı koronavirusa görə Azərbaycanda nəzarət daha da gücləndi