Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi: "Əlimdə irimiqyaslı korrupsiya faktları var"

18:30  |    13 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib.

Qaynarinfo interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində müraciət yayımlayıb. Prezidentin nəvəsi ona ölkəsində təzyiq göstərildiyini qeyd edib. Bildirib ki, əlində Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya faktlarına dair məlumatlar var. O, bununla bağlı bütün detalları "Times" qəzetinə verdiyi müsahibəsində oxuya biləcəyinizi qeyd edib.

29 yaşlı Aysultan Nazarbayev 2019-cu ildə Londonda bir polis əməkdaşına hücum etdiyi üçün saxlanılaraq, şərti cəzaya məhkum edilib.

"Nazarbayev narkotik maddələrin təsiri altında polisə müqavimət göstərib və birini vurmaq istəyib. İstintaq məlumatına görə, o, polis əməkdaşının əlində dərin iz buraxıb", - deyə BBC yazıb.

Məhkəmə buna görə, ona 18 ay sınaq müddəti və narkotik asılılığından müalicə, ictimai işlərə cəlb və pul cəzası tətbiq edib.

Aysultan Nazarbayev Qazaxıstanın sabiq prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur.

Qeyd edək ki, Dariqa Qazaxıstan Senatının sədridir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Ceki Çandan xəbər: "Məndən nigaran qalmayın" - FOTO
27.02.2020
İranda virusdan ölənləri gizlicə basdırırlar - VİDEO
27.02.2020
İtaliyada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
27.02.2020
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir
27.02.2020
Hindistanda öldürülən müsəlmanların sayı artır