Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

İmişlidə bir ailə turşudan zəhərlənib, ana ölüb, ata ilə qızı ağır vəziyyətdədir

22:18  |    12 Fevral 2020  |   E-mail  |  Çapa göndər


İmişlidə məcburi köçkün kimi məskunlaşan Ağdam sakinləri konservləşdirilmiş turşudan zəhərlənib, ana ölüb, ata və qızı ağır vəziyyətdədir.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Vəziyyəti ağır olan Səyalı Ağayeva orada dünyasını dəyişib. Elman Ağayevin isə kritik vəziyyətdən çıxdığı bildirilir.

İmişli MRX-dən verilən məlumata görə, hazırda ailənin 15 yaşlı qızı komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerlşdirilib. Vəziyyəti ağır olduğundan Bakıya göndərilməyib. Paytaxtdan ezam olunan həkimlər briqadası tərəfindən ona yardımlar göstərilir.

Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.

Faktla bağlı arşadırmalar aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
MSK DSK-nın qərarını qüvvədə saxladı
22.02.2020
MSK Elza Seyidcahan ilə bağlı qərarını açıqladı
22.02.2020
Prezident iki şəxsə fəxr ad verdi - SƏRƏNCAM
22.02.2020
Avtomobil yollarının tikintisi və istismarı sahəsində çalışanlar təltif olunub
22.02.2020
İrandakı koronavirusa görə Azərbaycanda nəzarət daha da gücləndi