Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7079

Digər sorğular

Qarabağ qazisi Qoşqar Hacıyev dəfn edildi - FOTOLAR - VİDEO

15:52  |    11 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Dünən şəhid olan Qarabağ qazisi Qoşqar Hacıyev bu gün dəfn edilib

Qaziler.az bildirir ki, Qarabağ qazisi Qoşqar Hacıyev bu gün "Qurd qapısı"nda, hərbçilərin məzarlığında torpağa tapşırılıb. Qəhrəman qazimiz Qoşqar Hacıyevin nəşi "Heydər" məscidindən götürülərək qəbirstanlığa aparılıb. Dəfn zamanı böyük izdiham yaşanıb. Mərasimdə qazilər, veteranlar, şəhidin ailə üzvləri, millət vəkilləri Aydın Mirzəzadə, Adil Əliyev, QHT rəhbərləri, Müdafiə Nazirliyinin rəsmiləri iştirak edib.

Qəhrəman qazinin məzarı başında onun anası, oğlu, millət vəkili Adil Əliyev, Müdafiə Nazirliyinin əməkdaşları çıxış etdilər. Şəhidin oğlu Abdullanın çıxışı dəfndə iştirak edənləri kövrəltdi. Möhtəşəm çıxışdan təsirlənən dəfn iştirakçıları Qoşqar Hacıyevin oğlunu alqışladılar.

Müdafiə Nazirliyinin adından qazinin məzarı üstə əklil qoyuldu.

Qeyd edək ki, Qoşqar Hacıyev 1986-cı ildə anadan olub. O, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı.

Başın sağ olsun, VƏTƏN!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.09.2020
Bu dövlət qurumu 13 milyon manatlıq mebel alır
28.09.2020
İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub
28.09.2020
Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb
28.09.2020
icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi
28.09.2020
Tərtərdə iki qardaş həlak olub, 2 nəfər isə yaralanıb - RƏSMİ