Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edilib

12:37  |    11 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə Strateji Müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı nəşr edilib.

Qaziler.az bildirir ki, Türk dilində olan kitab Türkiyənin “Ötükən” Nəşriyyat evi tərəfindən dərc olunub. Kitabda Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil edilir.

Kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunur, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilir. Nəşrdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl dövründə münasibətlərdən xüsusi bəhs olunur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətlərinin iki dövlət arasında strateji müttəfiqlik əlaqələrinin müasir səviyyəyə çatmasına xidmət etdiyi vurğulanır.

Altı fəsil və 390 səhifədən ibarət kitabda hərbi, iqtisadi, enerji və nəqliyyat sahəsində əlaqələr detallı şəkildə təhlil edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22.02.2020
Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22.02.2020
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
21.02.2020
Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi
21.02.2020
Ərdoğan Azərbaycana bu səbəblə gəlir