Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Bu nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verilib

12:28  |    11 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Fevralın 11-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti istifadəyə verilib.

Məqsəd vətəndaşlarla ünsiyyət və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operativ cavablandırılması mexanizminin tətbiqidir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Qaziler.az-a verilən məlumata görə, həmin xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını ünvanlaya bilərlər.

Nazirliyin rəsmi internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Suallar 142-Çağrı mərkəzinin operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır.

Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən həmin xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər.

Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 9-dan saat 18-dək, şənbə günləri isə saat 10-dan saat 13-dək canlı rejimdə fəaliyyət göstərəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Mehriban Əliyeva 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovaya dəstək oldu
26.02.2020
İsgəndər Həmidov harada dəfn ediləcək?
25.02.2020
“Qüruruna sığdırmadı” - Müəllimi bulvarda intihar edən qızdan yazdı
25.02.2020
Anım günü ilə əlaqədar tədbir keçirildi
25.02.2020
“Koronavirus qiymət artımına səbəb ola bilər” - İqtisadçı ekspert