Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

“Judo Club 2012”nin karateçisi Avropa çempionu oldu

20:16  |    10 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Fevralın 7-9-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşınadək karateçilərin isə 12-ci Avropa birinciliyi keçirilib.

Qaziler.az bildirir ki, 52 ölkədən 1155 karateçinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komanda yarışda 30 idmançı ilə təmsil olunub.
3 gün davam edən yarışda Azərbaycan karateçiləri 4-ü qızıl, 1 gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Millimizin aktivinə qızıl medalları 14-15 yaşlı yeniyetmələr arasında Fərid Savadov (-57 kq) və 16-17 yaşlı gənclərin mübarizəsində çıxış edən Sultan Hüseynov (-55 kq), Fərid Ağayev (-76 kq) və Osman Osmanlı (+76 kq) yazdırıb. 16-17 yaşlı gənclər arasında qüvvəsini sınayan milli komandanın digər üzvləri Ayla Rzazadə (-59 kq) gümüş medala layiq görülüb. Bu yaş kateqoriyasında çıxış edən Əminağa Quliyev (-61 kq), həmçinin 18-21 yaşlı gənclər arasında Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq) qitə çempionatının bürünc medalına sahib çıxıblar.
Beləliklə, Avropa çempionatında uğurla çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstəriblər.
Avropa birinciliyində komandamıza qızıl medal qazandıran Fərid Ağayev (-76 kq) “Judo Club 2012”nin yetirməsidir. Qitə birinciliyinin ikinci günündə mübarizə aparan klubun təcrübəli karateçisi ardıcıl olaraq, Serbiya, İtaliya, Kosovo və Makedoniya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə türkiyəli rəqibi Yaman Alpereni də üstələyən Fərid Ağayev Avropa çempionatının qızıl medalına layiq görülərək Azərbaycan bayrağını yüksəklərə qaldırıb.
Fərid Ağayevin əldə etdiyi bu qələbədə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçisi Namiq Pirverdiyevin böyük əməyi var.
Karateçilərlə yanaşı, klubun cüdoçuları da uğurlu çıxışlarını davam etdirilər. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunan U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda 25 klubun tərkibində 200 (178 oğlan, 22 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb. İki gün davam edən birincilikdə “Judo Club 2012”nin komandası geniş tərkibdə iştirak edib. Klubun gənc cüdoçuları Bakı birinciliyində uğurla çıxış edərək 3 qızıl və 2 bürünc medala sahib çıxıb. Komandanın aktivinə qızıl medalları Sadiq Cəlalov (-55 kq), Nihat Ələsgərli (-66 kq) və Rahidə Cavadova (-70 kq) yazdırıb. Nicat Məmmədli (-60 kq) və Məhərrəm Eyvazov (-66 kq) isə bürünc medallara layiq görülüb.
Klubun digər üzvlərindən Kənan Əhmədov (+100 kq) beşinci, İslam İslamov (-81 kq), Mirəli Hüseynli (-90 kq) və Əli Mahmudov (+100 kq) isə yeddinci yerlə kifayətlənib.
Bakı birinciliyində fərqlənən idmançılar Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin diplom və medalları ilə təltif olunublar.
Beləliklə, Bakı birinciliyini 5 medalla başa vuran “Judo Club 2012”nin gənc cüdoçuları medalların əyarına görə ümumi komanda hesabında ikinci yeri tutub. Klubun ayrılıqda oğlanlardan ibarət komandası isə birinci pillədə qərarlaşıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı
22.05.2020
İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
21.05.2020
Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək
20.05.2020
Həbib Nurmuhəmmədovun kəndi karantinə görə bağlandı