Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı enib - FAKTİKİ HAVA

14:34  |    10 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb, bəzi şimal və şərq rayonlarında intensiv və güclü olub, güclü qərb küləyi əsib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü: Xınalıqda 50 sm, Sarıbaş (Qax), Ağdərədə 45 sm, Qrızda 42 sm, Qəbələdə 38 sm, Şahdağda 37 sm, İsmayıllıda 32 sm, Altıağacda 28 sm, Oğuz, Lerikdə 26 sm, Xaltanda 20 sm, Qusar, Yardımlıda 16 sm, Daşkəsən, Qubada 15 sm, Gədəbəydə 14 sm, Göyçayda 12 sm, Zaqatalada 11 sm, Ordubad, Göygöl, Tərtərdə 5 sm, Şahbuz, Astarada 4 sm, Şabranda 3 sm, Sədərəkdə 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Sumqayıtda 34 m/s, Bakıda 32 m/s, Pirallahı, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adasında 26 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.8 metrə çatıb.

Naftalanda 32 m/s, Neftçalada 30 m/s, Tərtər, Mingəçevir, Nabran, Salyan, Xaçmaz, Tovuz, Yevlax, Bərdə və Ağstafada 16-22 m/s-dək güclənib.

Temperatur: Fevralın 9-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı enib. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 1-2 dərəcə şaxta, aran rayonlarında 2-5, dağlıq rayonlarda 10-16, yüksək dağlıq ərazilərdə 19-24, Naxçıvan MR-da 6-13 dərəcə şaxta olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Ağlasığmaz etiraf: Xocalıda zorlayır, diri-diri yandırırdıq...
27.02.2020
Kommunal xidmətlərlə bağlı SƏRƏNCAM
27.02.2020
SON DƏQİQƏ! "Türk Hava Yolları" koronavirusa görə Naxçıvana uçuşları dayandırdı
27.02.2020
Xatunla Rüfətin dueti erməni mahnısı imiş... - VİDEO
27.02.2020
Koronavirusa yoluxan şəxsin Azərbaycanda yoxlanılma anı - VİDEO