Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Yeni reabilitasiya mərkəzləri ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

15:09  |    10 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi işləri bu il də davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az-a verilən məlumata görə, 2020-ci ildə Xaçmaz, Şəki, Lənkəran, Şirvan şəhərlərində hər biri ildə 700 şəxsə xidmət göstərəcək bərpa mərkəzləri və ildə 6500 şəxsə xidmət göstərəcək Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Həmçinin Sumqayıt şəhərindəki bərpa mərkəzində də müasir reabilitasiya şəraiti yaradılır və həmin mərkəzin də cari ildə açılışı nəzərdə tutulub. Mərkəz ildə 1500 şəxsi bərpa xidmətləri ilə təmin edəcək.

Eyni zamanda, bu il Şəmkir və Qəbələ rayonlarında hər biri ildə 1000-dək şəxsə bərpa xidmətləri göstərəcək yeni müəssisələrin tikintisi həyata keçiriləcək.

Beləliklə, 2020-ci ildə açılacaq və inşasına başlanacaq bərpa mərkəzləri ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə, həmin xidmətlərlə təmin edilənlərin illik sayının iki dəfə artaraq 26,1 minə çatmasına imkan verəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
“İş 10 saat olsa, daha yaxşı olar” - Yeni təklif
27.02.2020
Azərbaycanda şok hadisə: 3 uşaq anası kişini qaçırdı - VİDEO
27.02.2020
İNANILMAZ! Bakıda pulsuz yeməkxana fəaliyyət göstərir - VİDEO
27.02.2020
Azərbaycanda ad gününü fevralın 29-da qeyd edənlər kimlərdi? - STATİSTİKA
27.02.2020
Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır